Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi orta tibb işçilərinin işə qəbul prosesinin elektron qaydada həyata keçirilməsinə start verib.
Naxçıvan SN-dən Oxu.Az-a verilən məlumata görə, bu gündən etibarən qurumun tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində işə qəbul prosesləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 iyul 2024-cü il tarixli, 344 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinə tibb işçilərinin işə qəbulu Qaydası"na uyğun olaraq həyata keçiriləcək.
Uyğun vakansiyalar Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi internet səhifəsinin İnsan resursları - Vakansiyalar bölməsində yerləşdirilib.
İşə qəbul prosesində iştirak etmək istəyən namizədlər həmin portalda şəxsi kabinet yaradaraq müvafiq məlumatları daxil etməli, elektron ərizələri doldurub uyğun vakansiyaya müraciət etməlidirlər.
Bu proseslə əlaqədar olaraq Naxçıvan Səhiyyə Nazirliyində muxtar respublika ərazisində fəaliyyət göstərən tibb müəssisələrinin kadr işçiləri üçün proqramın təqdimat mərasimi keçirilib və işə qəbul qaydaları barədə ətraflı məlumat verilib.
Müraciət üçün aşağıda qeyd olunan linkə keçid edə bilərsiniz:
https://kabinet.e-health.gov.az/modul/miq/vacancies
Məhərrəm Əliyev