Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Nazir: Dövlət məşğulluq xidmətinin işçilərinin sayı artırılıb
“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil olan Dövlət Məşğulluq Xidmətinin işçilərinin sayı artırılıb”.
Oxu.Az “Report”-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.
Nazir bildirib ki, əgər əvvəllər ölkədə bu işlə məşğul olan 400 nəfər var idi. Hazırda bu işlə 900 nəfər məşğul olur:
“Biz hər 11 min əhaliyə bir nəfər məşğulluq xidmətinin işçisi olmaqla, yerli məşğulluq xidmətinin kadr heyətini formalaşdırmışıq. Hazırda formalaşma prosesi yekunlaşmaq üzrədir”.
U.A.
www.oxu.az
Ən çox oxunanlar