“İslam dövləti” (İŞİD) terror qruplaşmasının yaraqlıları Suriyanın Rakka şəhərində üç sakini edam ediblər.
Oxu.Az xəbər verir ki, bu barədə RİA Novosti-yə Suriyanın milli ordusundan bildiriblər.
“Bu gün İŞİD terrorçuları Rakkanın üç sakinini xaç üzərində dara çəkiblər”, - ordudan bildiriblər.
Agentliyin həmsöhbətinin sözlərinə görə, edam edilənlər sakinlərin Rakkadan, eyniadlı əyalətin terrorçuların nəzarət etmədikləri şimal hissəsinə qaçmağa yardım etməkdə ittiham edilirdilər.
N.O.
www.oxu.az