"Mədəniyyət Nazirliyi attestasiya imtahanından "3-", "2+" alan incəsənət müəllimləri üçün xüsusi təşəbbüslə çıxış edib".
Oxu.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov deyib.
O bildirib ki, attestasiya prosesinin birinci mərhələsində bu kateqoriyaya aid 110-dan artıq müəllim olub. İkinci mərhələdə də bu istiqamətdə işlər davam etdiriləcək.
Nazir müşaviri bildirib ki, hazırda Mədəniyyət Nazirliyinin tabeliyində olan üç məktəbdə həmin müəllimlər üçün təlimlər keçirilir:
"Təlimlər ixtisaslı mütəxəssislər tərəfindən aparılır. Məqsəd ondan ibarətdir ki, həmin müəllimlər növbəti mərhələdə Dövlət İmtahan Mərkəzinin test və müsahibə mərhələlərindən uğurla keçə bilsinlər. Əgər bu mərhələləri uğurla başa vursalar, onlara əvvəlki iş yerlərində yenidən pedaqoji fəaliyyətlə məşğul olmaq imkanı yaradılacaq".
Aləmdə Nəsib