Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Nəzrinin ölümü ilə bağlı cinayət işi başlandı
Yanvarın 12-də 1995-ci il təvəllüdlü Bakı şəhər sakini Nəzrin Aydın qızı Mansurovanın müalicə aldığı xəstəxanada ölməsi faktı ilə bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, ilkin araşdırma zamanı Nəzrin Mansurovanın yanvarın 3-də paytaxtın Nəsimi rayonu ərazisində yerləşən klinikalardan birində rinoplastika əməliyyatı edilməsi, əməliyyatdan qısa müddət sonra vəziyyəti kəskin ağırlaşdığı üçün müalicə məqsədilə yerləşdirildiyi xəstəxanada ölməsi müəyyən edilib.
Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanaraq istintaq aparılır. İş üzrə müvafiq ekspertizalar təyin edilərək zəruri prosessual hərəkətlər icra olunur.

"Baş Prokurorluq" teqi üzrə xəbərlər
- Mirvari Qəhrəmanlı "QHT İşi" çərçivəsində prokurorluğa çağırılıb
- Mehriban Rəhimli cinayət məsuliyyətinə cəlb olundu
- Beynəlxalq axtarışda olan Qazaxıstan vətəndaşı ölkəsinə təhvil verilib
- Endokrinoloji Mərkəzin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı cinayət işi başlandı
- Beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirildi