Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
![Tayson Fyuri karyerasını başa vurdu](https://images.oxu.az/2025/01/13/Xfha0H6UJkk8UuXOWFux9BxBJIM7wJ0bRTPDZ3ek:1200.jpg)
Tayson Fyuri karyerasını başa vurdu
Britaniyalı boksçu, ağır çəkidə keçmiş dünya çempionu Tayson Fyuri karyerasını bitirdiyini açıqlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə Britaniya KİV-i məlumat yayıb.
Qeyd edək ki, 36 yaşlı idmançı peşəkar rinqdə 37 döyüş keçirib, 34 döyüşdə qalib gəlib, 2 qarşılaşmada uduzub və 1 görüşdə heç-heçə edib.
Fyurinin iki dəfə uduzduğu rəqib isə Ukraynalı Aleksandr Usik olub. Məhz bu döyüşlərdən sonra Fyuri karyerasını başa vurmağı qərara alıb.
Xatırladaq ki, bundan öncə də idmançı iki dəfə - 2016 və 2022-ci illərdə boksu tərk etdiyini açıqlayıb, lakin sonradan yenidən rinqə qayıdıb.
"Tayson Fyuri" teqi üzrə xəbərlər
Ən çox oxunanlar
Rəylər