WBC, WBO, IBO, "WBA Super", "The Ring", IBF versiyaları üzrə superağır çəki dərəcəsində sabiq dünya çempionu, britaniyalı Tayson Fyuri Tailandın Pattayya şəhərində keçirilən peşəkar boks gecəsində 46 yaşlı polşalı Mariuş Vax üzərində qələbə qazanıb.
Oxu.Az xəbər verir ki, döyüş yeddinci raunddan sonra vaxtından əvvəl başa çatıb.
Sekundantlar boksçunu döyüşü davam etdirməyə buraxmamaq qərarına gəliblər, nəticədə Fyuriyə texniki nokautla qələbə verilib.
İndi 37 yaşlı Tayson Fyurinin hesabında 39 döyüşdə 36 qələbə var. Mariuş Vax isə 53-cü döyüşündə 14-cü məğlubiyyətini alıb.