Bakı Şəhər Halqasının yeni mətbuat katibinin adı bəlli olub.
Oxu.Az-ın xəbərinə görə, bu, Ayan Nəcəfdir. Onun təyinatı bu gün açıqlansa da, təyinat ötən ilin dekabrında reallaşıb.
A.Nəcəf idmana uzaq şəxs deyil. O əvvəllər AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentində çalışıb. A.Nəcəf uzun müddətdir ki, Bakı Şəhər Halqasında Marketinq və Kommunikasiya Departamentində işləyir.
Qeyd edək ki, əvvəl bu postu Nigar Arpadarai tuturdu. O, 2020-ci ildə millət vəkili olduqdan sonra tutduğu vəzifədən istefa verib.
Səbuhi Musayev