Bu gün tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycanımızın hər bir guşəsində şanlı tariximizə qızıl hərflərlə yazılmış 15 İyun - Milli Qurtuluş Gününü xalqımız böyük təntənə və xoş əhvali-ruhiyyə ilə qeyd edir.
Oxu.Az xəbər verir ki, bütün ölkədə olduğu kimi, Nizami rayonunda da Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 13 iyun 2025-ci il tarixində Heydər Bağı - "Park Bulvar"da sakinlərin, rayon ictimaiyyətinin iştirakı ilə Milli Qurtuluş Günü münasibətilə möhtəşəm bayram konserti təşkil edilib.
Bayram konsertində sevilən tanınmış incəsənət nümayəndələri və rəqs qrupları çıxış ediblər.
Konsert proqramı sakinlər tərəfindən böyük coşqu və alqışlarla qarşılanıb, tamaşaçılarda xoş ovqat yaradıb.