Novxanıda avtomobillə motosikletin toqquşması nəticəsində bir nəfər ölüb.
Oxu.Az xəbər verir ki, bu barədə "Report"a TƏBİB-dən məlumat verilib.
Qeyd olunub ki, bu gün saat 15:50-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzində Abşeron rayonu, Novxanı, Atıcılıq mərkəzi ərazisindən çağırış qeydə alınıb.
Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 2007-ci il təvəllüdlü şəxsin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb.
Novxanı-Pirşağı yolunun Abşeron rayonu, Novxanı kəndi istiqamətindən keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, BYD markalı minik avtomobili ilə motosiklet toqquşub.
Qəza nəticəsində motosikletdə olan şəxslərdən biri hadisə yerində həyatını itirib, digər şəxs isə ağır xəsarətlər alıb. Xəsarət alan şəxs təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.
Faktla bağlı araşdırma aparılır.