Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Ölkə ərazisində yağış və qar yağır - FAKTİKİ HAVA - 14.02.2025
Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti açıqlanıb.
Bu barədə Oxu.Az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, fevralın 14-ü saat 17:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində arabir yağıntılı hava şəraiti müşahidə olunur.
Bakıda və Abşeron yarımadasında, İmişli, Hacıqabul, Sabirabad, Beyləqan, Salyan, Neftçala, Şuşa, Füzulidə yağış, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Daşkəsən, Naxçıvan, Şərur, Şahbuz, Culfa, Ordubad, Sədərək, Göygöl, Lerik, Şirvan, Yardımlıda qar yağır.
Pirallahı, Naxçıvan, Culfa, Yevlax, Sabirabad, Neftçala, Lerikdə duman müşahidə olunub.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 5, Aran rayonlarında 9 dərəcəyədək isti, Naxçıvan MR-da 3, dağlıq rayonlarda 5 dərəcəyədək şaxta qeydə alınıb.
"Faktiki hava" teqi üzrə xəbərlər
- Bəzi ərazilərdə qar örtüyünün hündürlüyü 22 sm-ə çatıb - FAKTİKİ HAVA
- Bakıda külək güclənib, bəzi bölgələrə qar yağır - FAKTİKİ HAVA
- Ölkə ərazisində dumanlı hava şəraiti davam edir - FAKTİKİ HAVA - 11.03.2025
- Dumanlı hava şəraiti nə vaxtadək davam edəcək? - 10.03.2025
- Ölkə ərazisində hava yağmursuz keçib - FAKTİKİ HAVA - 07.03.2025