Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Ombudsman Psixi sağlamlıq sahəsində Milli Strategiyaya yenidən baxılmasını təklif edir
“Azərbaycanda əhalinin müxtəlif qruplarının psixi sağlamlığının yaxşılaşdırılması, bu sahədə məlumatlılıq səviyyəsinin artırılması istiqamətində zəruri tədbirlər görülür, ayrı-seçkilik hallarına qarşı mübarizə gücləndirilir”.
“Report” xəbər verir ki, bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) deyib.
O qeyd edib ki, Ombudsman təsisatı bu sahədə müvafiq dövlət orqanları tərəfindən həyata keçirilən tədbirləri, proqram və layihələri davamlı olaraq izləyir, müvafiq təhlillər aparır:
“Hesab edirəm ki, toplanmış məlumatlar əsasında Psixi sağlamlıq sahəsində Milli Strategiyaya da yenidən baxılması düzgün olar.
Vətən müharibəsi iştirakçılarının postmüharibə dövründə peşəkar və ixtisaslaşmış tibbi, o cümlədən psixiatrik yardımla təmin olunmaları ən vacib məsələlərdən biri kimi qeyd edilməlidir. Ombudsman təsisatı olaraq bu məsələ bizim də diqqətimizdədir”.
Rəylər