Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

On ildir övlad həsrəti çəkən ana yardım diləyir: "Onun həyatda qalmağı üçün dəstəyə ehtiyacımız var"
Dördgünlük körpənin yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun anası Günel Əliyeva məlumat verib.
O bildirib ki, övladı vaxtından öncə doğulduğu üçün hazırda küvəzə qoyulub:
"Övladım Məhəmmədəli yanvarın 2-də özəl klinikalardan birində dünyaya gəlib. Hamiləliyimin son dövrləri çox ağır şəkildə qrip oldum. Ona görə də uşağı vaxtından əvvəl əməliyyatla götürməli oldular. Ciyərləri tam açılmadığı üçün o hazırda küvəzdədir. Onun küvəzdə qalmağı üçün biz hər gününə 500 manat ödəniş edirik".
Gənc ana övladı üçün yardımsevər şəxslərin dəstəyinə ehtiyacları olduğunu deyib:
"Biz 10 ildən çoxdur evliyik, artıq 10 ildir ki mən övlad həsrəti çəkirəm. İllərdir çox ağır müalicələr, əməliyyatlar keçirmişəm. Hamiləliyimin sonu isə təəssüf ki, belə oldu. Balam indi həyatla mübarizə aparır. İmkanımız olmadığı üçün, inanın, xəstəxananın pulunu ödəyə bilmirik. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını, bu ağır günlərdən bizi xilas etmələrini xahiş edirik".
Ailə ilə əlaqə: (055) 239-46-00.
Kapital Bank: 4169 7388 3182 3574.
"Köməyə ehtiyacı olan insanlar" teqi üzrə xəbərlər
- Bir yaşlı körpə ağır yanıq xəsarətləri alıb: Dəstəyə ehtiyacı var
- 12 yaşlı əkiz bacıların dəstəyə ehtiyacı var
- Xərçəngdən əziyyət çəkən dörd yaşlı İbrahim: "Ana, kömək etsinlər, mən sağalım"
- Xərçəngdən əziyyət çəkən 16 yaşlı Pınarın dəstəyə ehtiyacı var
- Qolları və ayaqları yanan bir yaşlı körpə təcili əməliyyat olunmalıdır - Bir günü qalıb