Mingəçevir şəhərində avtomobillərini ön nömrə nişanı olmadan idarə edən sürücülərlə bağlı rəsmi açıqlama verilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru Mahir Məsimov Oxu.Az-a bildirib ki, həmin avtomobillərin sürücüləri müəyyən olunaraq barələrində qanunvericiliyə uyğun tədbir görülüb.
Mingəçevir şəhərində avtomobillərini ön nömrə nişanı olmadan idarə edən sürücülər diqqət çəkiblər.
Oxu.Az xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkədə yayımlanıb.
Videogörüntüdən məlum olub ki, 10-HC-955 dövlət nömrə nişanlı VAZ-2106, 10-NY-322 dövlət nömrə nişanlı "Opel", 10-DZ-743 dövlət nömrə nişanlı VAZ-2109 və 02-BZ-994 dövlət nömrə nişanlı "Niva" markalı avtomobillər ön dövlət nömrə nişanı olmadan şəhər küçələrində hərəkət edirlər.
Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev Oxu.Az-a açıqlamasında bildirib ki, Mingəçevir şəhəri ərazisində olduğu iddia olunan görüntülər araşdırma predmetidir.
Faktla bağlı araşdırma aparılır.
Əzizə İsmayılova
Rəylər