Cəlilabadda 27 yaşlı gənc itkin düşüb.
Oxu.Az xəbər verir ki, ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, rayonun Fərzəli kəndində anadan olmuş və hazırda həmin kənddə qediyyatda olan 1986-cı il təvəllüdlü Vahid Sakit oğlu Əmirov iyulun 4-də səhər saat 07:00 radələrində evdən çıxıb və bir daha geri donməyib.
İtkin düşən Vahid Əmirovun əlamətləri bunlardır: boyu 172 sm, arıq bədən quruluşlu, saçları qısa, sarışın, uzun sifətlidir. Evdən çıxarkən əynində göy zolaqlı ağ köynək və göyə çalan şalvar olub.
Polis hazırda Vahid Əmirovu axtarır.