Xəzər TV-nin efirində yayımlanan “Diqqətli ol” verilişinin aparıcısı Yalçın Alməmmədov Bakıda maraqlı sosial test keçirib.
Oxu.Az-ın məlumatına görə, aparıcı respondentlərə gününə 300 manat pul qarşılığında adada iki ay ac və susuz qalmağı təklif edir.
Həmçinin layihədə 1-ci yeri tutana 10 min, 2-ci və 3-cü yerin sahiblərinə isə müvafiq olaraq, beş və iki min beş yüz manat mükafat vəd olunur.
Yalçın bu təkliflə razılaşan respondentlərə “Oruc tutursunuzmu?” sualını verərək pis vəziyyətdə qoyur. Belə ki, onların əksəriyyəti oruc tutmadıqlarını bildiriblər.
S.B.
www.oxu.az