Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

3-cü övladını dünyaya gətirən Günay komaya düşüb öldü - TƏFƏRRÜAT
3-cü uşağını qeysəriyyə üsulu ilə dünyaya gətirən 33 yaşlı Günay Məmmədova 13 gün komada qaldıqdan sonra vəfat edib.
Oxu.Az Xəzər TV-yə istinadən məlumat verir ki, ailəsinin sözlərinə görə, qeysəriyyə əməliyyatı "Yeni Klinika"da uzman cərrah mama-ginekoloq Sevinc Məmmədova tərəfindən həyata keçirilib. Xəstə palataya yerləşdirilib.
Mərhumun anası qızının ölümünün həkim səhlənkarlığından baş verdiyini iddia edir. Onun dediyinə görə, 33 yaşlı qadında əməliyyatdan sonra qanaxma baş verib, həkimlər isə bundan gec xəbər tutublar.
Anasının bildirdiyinə görə, mayın 6-da xəstəxanaya yerləşdirilən, qeysəriyyə üsuli ilə uşaq dünyaya gətirən qadın 13 gün komada qaldıqdan sonra, ayın 19-da vəfat edib. Ailə bildirib ki, ölüm hadisəsi olduğuna görə prokurorluqdan xəstəxanaya gəliblər, meyit yarılmağa göndərilib, ekspertizadan rəy gözləyirlər.
Məsələ ilə əlaqədar Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, ölüm halları Tibbi Şura tərəfindən və TƏBİB-in müvafiq komissiyalarında ixtisaslı mütəxəssislərin iştirakı ilə araşdırılır.
Ətraflı süjetdə:

"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB)" teqi üzrə xəbərlər
- Avtobus minik avtomobili ilə toqquşdu: XƏSARƏT ALANLAR VAR
- "Həmkardan həmkara qayğı ilə" layihəsinin növbəti mərhələsi Laçında keçirilib
- Biləsuvar xəstəxanasında yoxlama aparılır
- Vüqar Qurbanov: "Tibb işçilərinə cəmiyyət tərəfindən göstərilən anlayış bəzən yetərli olmur"
- Bakıda güclü külək ağacı qadının üzərinə aşırıb