Bakıda intihar hadisəsi baş verib.
Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, Parlament prospekti-1 ünvanındakı binanın doqquzuncu mərtəbəsində, lift şaxtasının otağında güllələnmiş kişi meyiti aşkarlanıb.
İlkin araşdırmadan sonra ölən şəxsin 1958-ci il təvəllüdlü (58 yaşlı) Hüseynov Ziyafət Paşa oğlu olduğu müəyyən edilib.
Onun ov tüfəngi ilə özünü güllələyərək intihar etdiyi bildirilir.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
A.M.