Sabahdan 216 nömrəli marşrut xətti (Balaxanı qəsəbəsi - “Koroğlu” m/s) üzrə hərəkət edən avtobuslarda gedişhaqqı “BakıKart” vasitəsilə ödəniləcək.
Bu barədə Oxu.Az-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.
İş prosesinə uyğun olaraq digər marşrut xətləri də mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiya olunacaq. Bununla bağlı əvvəlcədən məlumat veriləcək.
Könül Cəfərli