Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Pəhrizlər arıqlamağa kömək etmir? - Fitnes-məşqçi səbəblərdən danışdı
Bir çoxlarına məlumdur ki, qida məhdudiyyətləri yalnız müvəqqəti nəticələrə gətirib çıxarır və sonra çəki geri qayıdır.
Oxu.Az-ın gazeta.ru-ya istinadla verdiyi məlumata görə, rusiyalı fitnes-məşqçi Mariya Verenikina bunun səbəbini və sağlam çəki uğrunda mübarizədə həqiqətən nəyin kömək ola biləcəyini izah edib.
O bildirib ki, çəki atmaq və nəticəni qorumaq üçün qısa müddətə ciddi pəhrizə əməl etmək kifayət deyil.
"Kalorilərin kəskin azaldılması metabolizmi yavaşlada bilər: orqanizm bu vəziyyəti aclıq kimi qəbul edir və yağ ehtiyatlarını qorumaq üçün enerjiyə qənaət etməyə başlayır. Lakin normal qidalanmaya qayıtdıqda çəki daha sürətlə artır. Həmçinin uzunmüddətli defisit əzələ toxumasının dağılmasına səbəb ola bilər: orqanizm həyati funksiyaları qorumaq üçün əzələlərdən amin turşularından istifadə etməyə başlayır ki, bu da əzələ kütləsinin azalmasına və nəticədə metabolizmin daha da yavaşlamasına gətirib çıxarır", - deyə o izah edib.
Məşqçi sərt məhdudiyyətlər zamanı həmçinin aclıq hissinə cavabdeh olan qrelin hormonunun səviyyəsinin artdığını, buna görə də, iştahanı nəzarətdə saxlamağın çətinləşdiyini deyib.
"Həyat tərzini dəyişmək, məhz sizə uyğun qidalanma sistemi qurmaq vacibdir. Tədqiqatlar göstərib ki, şüurlu qidalanma üçün birdəfəlik qərarlar deyil, sistemli yanaşma lazımdır", - deyə məşqçi qeyd edib.
O, pəhrizlərin işləməməsinin daha bir səbəbini insanların fərdi xüsusiyyətlərini nəzərə almadan ümumi tövsiyələrə əməl etməyə çalışmaları ilə əlaqələndirib.
"Hamıya uyğun olan universal qidalanma planı yoxdur. Hər bir insanın öz sağlamlıq xüsusiyyətləri və vərdişləri var: müəyyən qidalara qarşı dözümsüzlük, allergiyalar və fiziki aktivlik səviyyəsi. Məsələn, gündəlik yüksək enerji sərfiyyatı olan marafon qaçışçısı və ya pauerlifterin bir növ rasiona, oturaq həyat tərzi olan ofis işçisinin isə tamamilə başqa rasiona ehtiyacı var", - deyə ekspert bildirib.
Mütəxəssis bildirib ki, insan özünü sərt şəkildə məhdudlaşdıranda stres keçirir və zamanla daimi nəzarətdən yorğunluq yığılır.
"Nəticədə, "pozulma effekti" yaranır: qadağan olunmuş qidaları yemək istəyi güclənir və bu baş verdikdə, günah və məyusluq hissi yaranır ki, bu da sonda pəhrizdən imtinaya gətirib çıxarır. Qida çox vaxt emosiyalarla bağlıdır. Bir çox insan ac olduğu üçün deyil, narahatlıq, yorğunluq və ya pis əhval-ruhiyyə ilə başa çıxmaq üçün yeyir. Bu amili nəzərə alsaq, pəhriz təkcə artıq çəki ilə deyil, özünlə də mübarizəyə çevrilir", - deyə məşqçi vurğulayıb.
Verenikina pəhrizlər əvəzinə sağlam çəkini qorumağa kömək edəcək vərdişlər formalaşdırmağa çağırıb.
"Aclıq gələndə təşviş içində yemək axtarmamaq üçün rasionunuzu əvvəlcədən planlaşdırın. Həddindən artıq yemək riskini azaltmaq üçün qidalar arasında uzun fasilələrdən qaçın (4-5 saatdan çox olmayaraq). İştahalı görünsə belə, həddindən artıq yemək sifariş etməyin. Yavaş-yavaş yeyin və qadcetlərlə məşğul olmayın. Aktivlik əlavə edin - daha çox piyada gəzin, sevdiyiniz idman növü ilə məşğul olun və ya səhərlər idman edin", - deyə o tövsiyə edib.
"Arıqlamağın yolları" teqi üzrə xəbərlər
- Qarının irəli çıxmasının gözlənilməz səbəbi açıqlandı - Mütəxəssisdən tövsiyələr
- Arıqlamaq üçün edilən ağlasığmaz üsulların zərərləri: "Tərlədir, elə bilirlər ki, xeyirlidir"
- Arıqlamağın düşmənləri: Maddələr mübadiləsini yavaşladan 5 məhsul
- Bədən quruluşuna zərər vermədən nə qədər çörək yemək olar? - Həkim məsləhəti
- Ye və arıqla: Hansı məhsullar çəki artımına səbəb olmur?