Tikiləcək və əsaslı təmir olunacaq peşə təhsili müəssisələrində beynəlxalq ikili diplom proqramları tətbiq olunacaq.
Oxu.Az-ın məlumatına görə, sözügedən məsələ "Azərbaycan Respublikasında peşə təhsili sisteminin potensialının gücləndirilməsinə dair Tədbirlər Planı"nda əksini tapıb.
Qeyd olunan məsələdə əsas icraçı qurum Elm və Təhsil Nazirliyi müəyyən olunub.
Vurğulanan layihənin icra müddəti 2029-2030-cu illər üzrə müəyyən edilib.