"Emal edilməmiş almazların idxalı, ixracı, istifadəsi, dövriyyəsi, uçotu və saxlanılması, o cümlədən izlənməsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsi və "Emal edilməmiş almazların ixracı ilə əlaqədar "Kimberli Prosesinin Sertifikatlaşdırma Sxemi"nin tələblərinə uyğun sertifikatın forması və verilməsi Qaydaları" təsdiqlənib.
Oxu.Az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qeyd olunub ki, emal edilməmiş almazların idxalı və ixracı Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin rəyi alınmaqla həyata keçiriləcək.
Emal edilməmiş almazların idxalı və ixracı yalnız Kimberli Prosesinin Sertifikatlaşdırma Sxeminə üzv olan dövlətlərdən həyata keçirilə biləcək.