Polis Akademiyasının fakültə rəhbəri vəzifəsindən azad edilib.
Oxu.Az xəbər verir ki, APA-nın məlumatına görə, akademiyanın qiyabi fakültəsinin rəhbəri, polkovnik Əhməd Əhmədov işdə yol verdiyi nöqsanlara görə işdən çıxarılıb.
Polis Akademiyasından Ə.Əhmədovun işdən çıxarılması xəbərini təsdiqləyiblər.
Qeyd edək ki, Ə.Əhmədov 2008-ci ildən Polis Akademiyasında qiyabi fakültəyə rəhbərlik edib.
E.Ə.
www.oxu.az