Ucar Rayon Polis Şöbəsində iki vəzifəli şəxs işdən azad edilib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Polis Şöbəsinin rəis müavini, polis polkovnik-leytenantı Rasim Mirzəyev sərəncama göndərilib.
İTB-nin rəisi, polis mayoru Mürvət Zeynalov isə işdə yol verdiyi nöqsanlara görə polis orqanlarından xaric edilib.
E.Ə.
www.oxu.az