Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Polis Şirvan Milli Parkında qanunsuz ceyran ovlayan şəxsi saxladı
Şirvan Milli Parkının direktoru Seymur Kərimov polisə müraciət edərək qoruğun Yenikənd kəndinin ərazisində ceyranın kəsilmiş başı və iki patron gilizinin tapıldığını bildirib.
Oxu.Az xəbər verir ki, polis əməkdaşları tərəfindən ceyranı qanunsuz ovlayan Neftçala rayon sakini, 1990-cı il təvəllüdlü Elvin Əsgərov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
"Daxili İşlər Nazirliyi (DİN)" teqi üzrə xəbərlər
Ən çox oxunanlar