Rusiyanın Yekaterinburq vilayətində polis azərbaycanlıların təşkil etdiyi “sxodka”ya basqın edib.
Oxu.Az AzNews.az-a istinadən xəbər verir ki, “sxodka”ya Ufa, Çelyabinsk, Noyabrsk və Rusiyanın digər şəhərlərində avtoritetlər toplaşıb.
“Sxodka”da 48 nəfər toplaşaraq Uralda təsir dairəsinin bölüşdürülməsi ilə bağlı müzakirələr aparıb.
Kriminalların toplaşdığı “7 açar” kafesinə polislə yanaşı, OMON da gələrək “sxodka”nı yarıda kəsib. Polisin məlumatına görə, “sxodka”da 48 nəfər saxlanılıb ki, onlardan da çoxu azərbaycanlılardır.
Saxlananlardan 4 nəfəri avqustun 30-da mehmanxana kompleksinin müdirinə hücum edənlər olub.
Mehmanxana müdirinə hücum edən şəxslər ondan 3 milyon rubl tələb ediblər.