Dünən müğənni Günay İbrahimlinin “Yaşıl Teatr”da planlaşdırdığı konserti baş tutub.
Oxu.Az Axşam.az-a istinadən xəbər verir ki, sənətçi ifası ilə yanaşı cazibədar geyimləriylə də gecəyə damğasını vurub.
Günay ilk dəfə bu cür açıq-saçıq geyimlərlə izləyicilərin qarşısına çıxıb.
Səhnədə əsl dünya ulduzlarını xatırladan gənc ifaçı maraqlı şoularla tamaşaçıları əyləndirib.
Günayı izləməyə gələnlər arasında əməkdar artist İlqar Muradov, Teymur Əmrah, müğənni Elnur, Zamiq və başqaları yer alıb.
Qeyd edək ki, “De, onun adı nədir?” adlı konsertin təşkilatçısı Nahid Emiloğlu olub.
Xatırladaq ki, Günay İbrahimli oxuculara daha çox avqustun 23-də - doğulduğu Füzuli rayonunun işğalı günündə televiziya proqramlarından birinə qatılaraq, şadyanalıq etməsi ilə tanışdır. 

















www.oxu.az