Türkiyə və Azərbaycan arasında səhiyyə əlaqələrini inkişaf etdirmək məqsədi ilə Türkiyənin öndə gedən səhiyyə qurumları və dərnəkləri Bakıya toplaşacaq.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, Türkiyənin Azərbaycandakı səfirliyindən verilən məlumata görə tədbir 2-ci “Bakı Sağlamlıq Turizmi və İşbirliyi Günləri” adlı konfransla əlaqədar olaraq həyata keçiriləcək.
13-14 dekabr tarixlərində baş tutacaq bu tədbirlər Türkiyənin Səhiyyə Nazirliyi və İqtisadiyyat Nazirlikləri, Türkiyənin Bakıdakı Səfirliyinin Mədəniyyət Müşavirliyi tərəfindən dəstəklənib. Tədbirlər çərçivəsində, həmçinin Türkiyədə müalicə almaq istəyən Azərbaycan vətəndaşları xəstəliklərini türk həkiminə danışmaq üçün pulsuz qeydiyyatdan keçə biləcəklər.