Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
“Qadına şiddətə son” adlı dəyirmi masa keçirilib - FOTO
Azərbaycan Baş Prokurorluğu, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Ombudsman Aparatının rəsmi tərəfdaşlığı, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Azərbaycan Uşaqlar Birliyinin dəstəyi ilə “Qadına şiddətə son” adlı dəyirmi masa keçirilib.
Tədbirin təşkilatçısı Ruhi Əliyeva çıxışında cəmiyyətdə qadınların rolundan danışıb:
"Cəmiyyətimizin, toplumun, insanlığın üz qarası, ən böyük bəlalarından biri olan qadına qarşı zorakılığın, qadınların öldürülməsi, döyülüb-söyülməsi, mənəvi-fiziki şiddət görməsinə diqqət çəkmək, sosial səfərbərlik yaratmaqla bu problemin həlli yollarının aranması, problemin çözümünün tapılmasına çalışırıq. Hamınız bilirsiniz ki, hər il Azərbaycanda neçə-neçə qadın müxtəlif formalarda şiddətə məruz qalır. Zərif cinsin neçə-neçə nümayəndəsi təhsildən məhrum olur, evlərinə qapadılır, iqtisadi fəaliyyətləri məhdudlaşdırılır, iş həyatında haqsızlıq və ayrı-seçkiliklə üzləşirlər. Ən dəhşətlisi isə neçə-neçə həmcinsimiz xüsusi amansızlıqla qətlə yetirilir. Övladlarının gözü qarşısında başı kəsilir, bıçaqlanır, qətl edilir. Həmçinin bu il baş verən dəhşətli qadın qətllərinin bir neçəsini qeyd eləmək məsələnin nə qədər aktual və ağrılı olduğunu deməyə yetərlidir".
O bildirib ki, cəmiyyət və dövlətinin birgə həllini tapa biləcəyi bu məsələ dəyirmi masa ətrafında hərtərəli müzakirə olunacaq: "Düzdür, dövlətimiz bir çox sosial məsələlər kimi bunu da hər zaman diqqətdə saxlayır. Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva çıxışlarında daim bu mövzuya yer ayırırlar. Azərbaycan qadınının daha özgür, öz ayaqları üstə durmağı bacaran, həm iş, həm də sosial həyatında uğura nail olması üçün hər cür şərait yaradır, dəstək, arxa dayanırlar. Eləcə də, dövlət qurumlarımız - Azərbaycan Daxili İşlər Nazirliyi, Baş Prokurorluq, digər səlahiyyətli qurumlar bu məsələnin həlli, qadın qətlləri, şiddətin aradan qaldırılması üçün çox işlər görür, maarifləndirici layihələr həyata keçirirlər. Biz də məhz bu məsələdə həm dövlətimizə, həm də qurumlara dəstək olmaq məqsədi ilə qadına şiddət mövzusunun bir da müzakirə olunmasını zəruri saydıq. Çünki zorakılıq yalnız fiziki anlamda şiddət deyil, həm də insan haqqlarına hayqırıdır".
Daha sonra Ombudsman Səbinə Əliyeva bu cür tədbirlərin keçirilməsinin problemlərin aradan qaldırılması üçün vacib olduğunu qeyd edib: "Gender məsələləri ilə bağlı dövlət siyasəti qadınların hər cür hüququn təmin edilməsidir. Azərbaycanda qadın hərəkatın formalaşmasında Mehriban Əliyevanın xidmətləri xüsusi qeyd edilməlidir".
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev vurğulayıb ki, cinayətin zərəri cəmiyyətə vurduğu ziyanla ölçülür: "Problemlərin həll edilməsi üçün DİN tərəfindən işlər aparılır. Əsas diqqət daha çox maariflənmə istiqamətinə yönəlib. "102" Qaynar xətt mərkəzinə cari ildə 432 713 məlumat daxil olub, onlarda 7 647-si ailə münaqişəsi, məişət zorakılığı ilə bağlıdır. Eləcə də DİN-in sosial şəbəkələrinə 100-dən çox şikayət, həmçinin KİV-lərdən, ailə-qadın cəmiyyətlərindən də 90-dan artıq müraciət daxil olub. 602 sayda ailəli qadın ərləri tərəfindən döyüllüb. DİN-ə 4 052 döyülmə faktı ilə bağlı məlumat daxil olub və öz təsdiqini tapıb".
O qeyd edib ki, qadınlarla bağlı müraciətlər hüquq-mühafizə orqanları tərəfindən qeydiyyata alınmaqla müvafiq tədbirlər görülür.
Tədbir digər rəsmi şəxslərin çıxışları ilə davam edib.
"Baş Prokurorluq" teqi üzrə xəbərlər
- Baş Prokurorluq Omanda həbs edilən İran vətəndaşı ilə bağlı məlumat yaydı
- Aqrar ixracdan əldə olunan daha 70 milyon manatdan çox vəsait Azərbaycana qaytarıldı
- Erməni hərbi cinayətkarların işi Zeynal Ağayevin icraatına verilib
- Kürdəmir rayon prokuroru müavininin işinə xitam verilib
- Erməni hərbi cinayətkarların işi məhkəməyə göndərilib
Rəylər