“Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının bir hissəsini əhatə edən ərazidə - Zəngilan, Qubadlı və Cəbrayıl rayonları tam, Laçın, Füzuli və Xocavənd rayonları qismən əhatə olunmaqla dabaq xəstəliyindən azad zonanın yaradılması üçün prosedurların icrasına başlanılıb”.
Oxu.Az-ın məlumatına görə, bunu Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) şöbə müdiri, respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev bildirib.
:640.jpg)
O qeyd edib ki, bunun üçün ÜHST və FAO-nun ekspertləri ilə birlikdə əraziyə baxış keçirilərək müvafiq sərhədlər və icra prosedurları təyin olunub.
Q.Əbdüləliyev onu da qeyd edib ki, ölkəmiz 2023-2026-cı illər üzrə dabaq xəstəliyi üzrə Regional məsləhət qrupunun sədri seçilib:
“14 ölkənin daxil olduğu region üzrə qrupun sədri seçilmək ölkəmizə göstərilən xüsusi etimad olmaqla yanaşı, bir sıra məsələlərdə respublikanın təşkilatçı və donor kimi çıxış etməsinə imkan yaradıb”.
İlhamə Əbülfət