Qazaxda ağır yol nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə hadisə rayonun Çaylı kəndində qeydə alınıb.
Belə ki hərəkətdə olan “VAZ-2107” markalı minik maşını ağaca çırpılıb, daha sonra aşıb.
Qəza zamanı 1989-cu il təvəllüdlü Məmmədov Məmməd Mustafa oğlu, 1989-cu il təvəllüdlü Bənnayev Fərid Tofiq oğlu və 1990-cı il təvəllüdlü Qapaqov Əzəmət Heydər oğlu xəsarət alaraq xəstəxanaya yerləşdiriblər.
Yaralıların ikisinin vəziyyətin ağır olduğu bildirilir. İlkin ehtimallara görə, qəzaya yüksək sürət səbəb olub.
Faktla bağlı araşdırma aparılır.