Baku TV-nin əməkdaşları Tovuzun Ağdam kəndinə səfər edib. O Ağdam kəndinə ki, tam bir il əvvəl erməni təxribatı ilə üz-üzə qaldı. Düşmən təxribatlarına cavab olaraq həyata keçirilən uğurlu hərbi əməliyyatlar böyük qələbəyə gedən yolun əsasını qoydu.
Tovuz döyüşlərinin 12 şəhidindən biri olan Elşad Məmmədovun evinin qarşısında bu döyüşlərində canından keçən qəhrəmanlarımızın xatirəsinə bulaq inşa edilir.
Ağdam kəndində düşmən təxribatının izləri də yavaş-yavaş silinməkdədir. İşğalçı Ermənistanın silahlı qüvvələri tərəfindən zərər görən yaşayış evləri bərpa olunub, dağıdılan evlərin yerinə isə yeni və daha müasir evlər tikilib.