Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti AÇIQLANDI - VİDEO
“Tanınmış aparıcı Aytən Səfərovanın hazırda Kliniki Tibbi Mərkəzdə zəruri müayinə və müalicəsi davam etdirilir”.
Bununla bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.
Qeyd olunub ki, qabırğada yerdəyişməyən sınıq və kəllə-beyin travması diaqnozu ilə Mərkəzin Neyrocərrahiyyə şöbəsinə yerləşdirilən A.Səfərovanın vəziyyəti orta ağır, stabil olaraq qalır.
Xatırladaq ki, A.Səfərova aprelin 17-də səhər saatlarında ağır qəzaya düşüb. Hadisə zamanı daha bir nəfər xəsarət alıb, bir nəfər isə həyatını itirib.
Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti AÇIQLANDI - VİDEO

Əzizə İsmayılova
Mövzuya aid xəbərlər
Ən çox oxunanlar