Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Qonaq getdiyi evdə yanıq xəsarətləri alan şəxsin VƏZİYYƏTİ AÇIQLANDI
Qonaq getdiyi evdə qaz sızması nəticəsində baş verən partlayışda yanıq xəsarəti alan şəxsin vəziyyəti açıqlanıb.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
"Martın 20-də saat 17:20-də 2002-ci il təvəllüdlü bir nəfər (kişi cinsi) yanıq xəsarətləri ilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım bölməsinə hospitalizasiya olunub. Bədən səthinin 88-90%-nin II-III dərəcəli termiki alov yanığı şoku diaqnozu təyin olunan şəxsə zəruri tibbi xidmətlər göstərilib.
O, martın 21-də Nərimanov Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Yanıq Mərkəzinə təxliyə edilib.
Hazırda müalicəsi Yanıq Mərkəzinin Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti ağır qiymətləndirilir", - deyə məlumatda qeyd olunub.
Aygün Mirakif
Tovuz rayon sakini, 2002-ci il təvəllüdlü N.Yusifov qonaq getdiyi Şəmkir rayonunun Tatarlı kəndində yanıq xəsarətləri alıb.
Oxu.Az "Qafqazinfo"ya istinadla xəbər verir ki, 23 yaşlı gənc hamam otağında qızdırıcı cihazı yandırmaq istəyərkən qaz sızması nəticəsində partlayış baş verib.
Termiki yanıq xəsarətləri alan şəxs xəstəxanaya yerləşdirilib. Müalicəsi davam etdirilir.
"Şəmkir rayonu" teqi üzrə xəbərlər
- Şəmkir su anbarında elektrik cihazı ilə qanunsuz balıq ovlayan şəxslər saxlanılıblar
- Şəmkirdə 16 yaşlı oğlan ÖZÜNÜ ASDI
- Sərxoş kişi evlərinə qonaq gələn oğlunun qaynını bıçaqladı, həbs edildi
- Gəncədə intihar edən gənc şəhidin qardaşı oğludur
- Şəmkir sakinindən yeddi kiloqram narkotik vasitə aşkarlanıb