Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Quba-Xınalıq yolunda yeni körpünün inşası davam etdirilir
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən Quba-Xınalıq yolunun 42-ci km-də sel sularının təsiri nəticəsində dağılan körpünün yerində yenisinin inşası davam etdirilir.
Oxu.Az xəbər verir ki, bu barədə AAYDA məlumat yayıb.
Bildirilib ki, aparılan işlər çərçivəsində ilkin mərhələdə köhnə körpü sökülərək ərazi təmizlənib, suyun istiqaməti dəyişdirilib, tikinti sahəsi hazırlanıb. Hazırda ərazidə betonlama işlərinə başlanılıb.
Tikinti işləri "İnşaat Norma və Qaydaları"nın tələblərinə əsasən, tərtib olunmuş qrafiklə icra olunur.
İşlərin qısa zamanda yekunlaşdırılması üçün tikinti ərazisinə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.
"Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA)" teqi üzrə xəbərlər
- Qusarda yeddi yaşayış məntəqəsini birləşdirən avtomobil yolu yenidən qurulub
- Balaxanı-Mehdiabad yolu niyə unudulub? - Sürücülər şikayət edirlər
- Zabrat yolundakı problemlər aradan qaldırıldı
- Dörd körpü və dörd zolaq: Tikilməkdə olan Ağdam-Füzuli avtomobil yolundan GÖRÜNTÜLƏR
- Aeroport yolunda yeni piyada keçidi inşa edildi
Rəylər