Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Qubada Avropa Kuboku başa çatıb: Azərbaycan cüdoçuları 18 medal qazanıblar
Qubada təşkil olunan yeniyetmə cüdoçular arasında Avropa Kuboku başa çatıb.
Oxu.Az xəbər verir ki, yarışın ikinci - sonuncu günündə daha 8 çəki dərəcəsində qaliblər bəlli olublar.
Azərbaycan cüdoçuları bu günü 6 medalla (3 gümüş, 3 bürünc) başa vurublar.
Səid Şərifov (73 kq), Amin Mehdiyev (81 kq) və Səid Hüseynov (90 kq) gümüş medalla kifayətləniblər.
Məhəmməd Ağakişiyev (73 kq), Sübhan Axundov və Tunar Fərzəliyev (hər ikisi +90 kq) bürünc medala sahib olublar.
Qeyd edək ki, ötən gün Azərbaycan yığması 12 medal (3 qızıl, 3 gümüş və 6 bürünc) qazanıb. Anar Quliyev (50 kq), Zeyd Ələsgərov (60 kq), Nuranə Hacızadə (48 kq) qızıl, Rəsul Əlizadə (55 kq), Fəxri Sahibzadə (66 kq), Leyla Ələkbərova (48 kq) gümüş, İbrahim Talıbov, Rza Xəlilli (hər ikisi 50 kq), Röyal Qayıbov (60 kq), Hüseyn Hüseynov (66 kq), Xədicə Abdullayeva (44 kq) və Aysun Məmmədova (52 kq) bürünc medala layiq görülmüşdülər.
Yekunda 3 qızıl, 6 gümüş və 9 bürünc olmaqla, ümumilikdə 18 medal qazanan Azərbaycan yığması turnirin komanda hesabında ikinci yeri tutub.
"Cüdo" teqi üzrə xəbərlər
- Azərbaycan cüdoçuları Avropa Kubokunun ilk günündə 2 qızıl və 2 bürünc medal qazanıblar
- "Böyük Dəbilqə": Azərbaycan cüdoçusu Elmar Qasımov bu gün mübarizəyə qoşulacaq
- Azərbaycanlı cüdoçu beynəlxalq yarışda qızıl medal qazanıb
- Daha beş cüdoçumuz "Böyük Dəbilqə"də mübarizəyə qoşulacaq
- Cüdoçularımız "Böyük Dəbilqə" turnirində mübarizəyə başlayırlar