Bu gün səhər saatlarında Quba rayon Polis Şöbəsinə (RPŞ) rayonun “Cümə” məscidinə bomba qoyulması barədə məlumat daxil olub.
Oxu.Az xəbər verir ki, APA-nın şimal bürosunun xəbərinə görə, məlumat daxil olduqdan sonra əraziyə müvafiq dövlət qurumlarının əməkdaşları cəlb olunub, insanlar həmin ərazidən təxliyə olunub.
Quba rayon Polis Şöbəsinin növbətçi hissəsindən bildirilib ki, aparılan araşdırmalardan sonra ərazidə hər hansı partlayıcı maddə aşkar edilməyib.
Sosial səhifələrdə paylaş
14:57
Yanvarın 15-də Quba Cümə məscidinə bomba qoyulması haqqında polisə məlumat daxil olub.
Oxu.Az azadliq.org-a istinadən xəbər verir ki, məscidin yerləşdiyi əraziyə Daxili Qoşunların, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub.
Hazırda məscidə partlayıcı qoyulub-qoyulmaması araşdırılır.
Cümə məscidindəki bugünkü namaz təxirə salınıb.
Dindarlar başqa məscidlərə yönləndirilib.
E.Ə.
www.oxu.az