İstanbul Təhsil Araşdırma Xəstəxanasında müalicə alan türk kinosunun əfsanəvi aktrisası Leyla Sayara xərçəng diaqnozu qoyulub.
Oxu.Az Türkiyə KİV-nə istinadla xəbər verir ki, 60-cı illərin “Yeşilçam” ulduzu ötən il 40 ildir yalnız yaşadığı evinin qapısını ilk dəfə “Sözcü Pazar”a açmışdı.

Bir müddətdir xəstə yatan Sayarla bağlı son xəbəri aktyor Cengiz Güclü verib:
“İstanbul Təhsil Araşdırma Xəstəxanasının Nisahiye Xidmətində müalicə alan Leyla Sayara təəssüf ki, təhlükəli ölçülərə çatmış xərçəng diaqnozu qoyulub. İndi ona kimyaterapiya müalicəsi ediləcək, amma əhvalı son dərəcə yaxşıdır”.

Leyla Sayar xəstəliyi ilə əlaqədar bunları söyləyib:
“Həyatın hər çətinliyinə sinə gərən aktrisa olaraq tutulduğum xəstəlik nə olursa-olsun, onu dimdik ayaqüstə dayanıb qarşılayıram. Hər pis hadisəyə görə Allaha sığınıram. Məni sevənlərin duaları mənim dərmanım olacaq”.
Xəstəxana otağında Cengiz Güclü ilə obyektivə bu pozanı verən 77 yaşlı Leyla Sayar “mənim üçün dua edin” deyib.

Aytən Sadıqzadə
www.oxu.az