"Vaxtilə bizə məlum olmayan zəlzələlər müəyyənləşdirilərək təhlil edilib".
Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişli "Təbii fəlakətlər, ekoloji problemlər, yaşıl dünya" mövzusunda keçirilən konfransda deyib.
Onun sözlərinə görə, Ağsu, Göyçay, Salyan, Şirvanda məlum olmayan zəlzələlərin peyk vasitəsilə görüntüləri götürülüb, həmçinin nümunələr də götürülərək təhlil edilib:
"Vaxtilə mənşəyi bilinməyən zəlzələlər artıq təhlil olunub. Onun mənşəyi, nə vaxt baş verdiyi, hansı dərinlikdə olduğu barədə məlumatlar əldə edilib".
Aygün Mirakif