"Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) iştirak etməkdən çox məmnunam. Son iki il ərzində bu forumun hazırlanması istiqamətində Azərbaycan hökuməti ilə sıx əməkdaşlıq etmişik".
Bu fikirləri Oxu.Az-a açıqlamasında UN-Habitat-ın Qlobal Həllər Bölməsinin direktoru Rafael Tuts deyib.
O bildirib ki, forum çərçivəsində hökumətlər və şəhərlər arasında dayanıqlı şəhərsalma və mənzil siyasəti ilə bağlı geniş fikir mübadiləsi aparılacaq:
"Gözləntilərimiz şəhərsalma və mənzil təminatının daha əlçatan, daha adekvat və daha dayanıqlı olması üçün praktik nümunələrin təqdim edilməsidir".