Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Ramazan ayının on üçüncü gününün imsak, iftar və namaz vaxtları - FOTO/VİDEO
Sabah Ramazan ayının on üçüncü günüdür.
Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, martın 23-də imsak vaxtı saat 05:13-də, iftar vaxtı isə 19:10-dadır.
Martın 23-ü üçün namaz vaxtları:
Sübh azanı | 05:18 |
Zöhr azanı | 12:47 |
Əsr azanı | 17:08 |
Məğrib azanı | 19:10 |
İşa azanı | 20:12 |
On üçüncü günün imsak vaxtı üçün duanı təqdim edirik:
“Allahummə təhhirni fihi minəd-dənəsi vəl-əqzar. Və səbbirni fihi əla kainatil-əqdar. Və vəffiqni fihi lit-tuqa və suhbətil-əbrar. Bi-ovnikə ya qurrətə eynil-məsakin!”
Tərcüməsi:
“İlahi, bu gün məni günahların kəsafət və çirkinliyindən təmizlə! Qəzavü-qədərə uyğun bu gün baş verən hadisələrdə məni səbirli et! Bu gün məni təqvaya və yaxşı insanların söhbətinə müvəffəq et! Yardımına and verirəm, ey çarəsizlərin gözünün işığı!”
İftar duası:
“Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli”.
Tərcüməsi:
“İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla”.
Allah orucunuzu qəbul eləsin!
Rəylər