Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Ramil Usubov işdən çıxardığı rəisə vəzifə verdi
Daxili İşlər naziri Ramil Usubov işdən çıxardığı polis mayoruna yeni vəzifə verib.
Oxu.Az xəbər verir ki, Unikal.org-un əldə etdiyi məlumata görə, Ramil Usubovun müvafiq əmri ilə Salyan Rayon Polis Şöbəsinin (RPŞ) İctimai Təhlükəsizlik bölməsinin rəisi vəzifəsinə polis mayoru Anar Hüseynov təyin edilib.
Xəbəri Daxili İşlər Nazirliyindən təsdiqləyiblər.
Qeyd edək ki, Anar Hüseynov bundan əvvəl Tərtər Rayon Polis Şöbəsinin (RPŞ) cinayət axtarış bölməsinin rəisi olub. Bir müddət öncə o, sözügedən vəzifəsindən azad edilərək sərəncama götürülmüşdü.
Oxu.Az yeniləndi!
"Salyan" teqi üzrə xəbərlər
Ən çox oxunanlar
Rəylər