Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasında baş vermiş intiharla bağlı bəzi məqamlar üzə çıxıb.
Oxu.Az xəbərinə görə, xəstəxananın baş həkiminin müavini Mahir Babayev Lent.az-a açıqlamasında bildirib ki, özünü xəstəxananın 4-cü mərtəbəsindən ataraq, intihar edən 1967-ci il təvəllüdlü Ağayev Cavid Səmi oğlu ağır dərəcəli şəkər xəstəsi olub: “Həmin xəstə artıq 22 il idi ki, diabetdən əziyyət çəkirdi. Artıq qıcolmaları, beyin fəaliyyətinin pozulması halları müşahidə edilirdi və xəstəlik onun digər orqanlarına da ciddi sirayət etmişdi. Özü də tez-tez deyirmiş ki, artıq iynə-dərman qəbul etməkdən bezib, yaşamaq istəmir”.
Baş həkimin müavini əlavə edib ki, rəsmi icazə ilə C.Ağayevin oğluna atasının yanında qalmağa icazə verilib: “Hadisə vaxtı palatada xəstənin oğlu olub və son anda atasının özünü atdığını görüb, lakin onu saxlamağa gücü çatmayıb”.
Faktla bağlı Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
***
09:26
Səhər saat 07:35 radələrində Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasında intihar hadisəsi baş verib.
Oxu.Az Report-a istinadən xəbər verir ki, İsmayıllı rayon sakini, 1967-ci il təvəllüdlü Ağayev Cavid Səmi oğlu özünü xəstəxananın dördüncü mərtəbəsindən atıb. C.Ağayev bir həftədir ki, xəstəxanada nevroloji müalicə alırmış.
Müalicə aldığı müddətdə oğlu onun yanında olub. Lakin intihar zamanı oğlu yatıbmış.
Onun meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.
Faktla bağlı Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
E.Ə.
www.oxu.az