İyunun 21-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən rezidenturaya qəbul imtahanının birinci mərhələsinin (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı) ikinci cəhdi keçirilib.
Oxu.Az xəbər verir ki,bu barədə DİM məlumat yayıb.
İmtahanın keçirilməsi üçün altı bina, altı ümumi imtahan rəhbəri, 14 imtahan rəhbəri, 113 nəzarətçi, 17 buraxılış rejimi əməkdaşı (mühafizə) və altı bina nümayəndəsi ayrılıb.
İlkin məlumatlara əsasən, bir nəfərdə mobil telefon aşkar olunub və imtahandan xaric edilib.
İyunun 22-dən etibarən DİM-də imtahan protokolları və cavab kartlarının emalına başlanılacaq. İmtahan nəticələri yaxın üç gün ərzində elan olunacaq.