Moskva vilayətinin hüquq-mühafizə orqanlarının əməkdaşları LiveJournal-a yaşlı kişini döyməsi barədə video yerləşdirən azərbaycanlını həbs edib.
Oxu.Az 1news.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya DİN-in Mosvka vilayəti üzrə Baş İdarəsinin mətbuat xidmətindən bildiriblər.
“Axtarış-əməliyyat tədbirləri nəticəsində polislər 21 avqust, təxminən saat 17:40 radələrində Oktyabrsk qəsəbəsinin Lenin küçəsindəki mağazanın qarşısında 75 yaşlı yerli sakini döymüş 28 yaşlı Azərbaycan vətəndaşını müəyyənləşdirib və həbs edib” – deyə, mətbuat xidmətindən bildiriblər.
Qeyd edək ki, onun barəsində Rusiya CM-in 116-cı maddəsinin 2-ci hissəsinin “a” bəndi üzrə cinayət işi açılıb.
www.oxu.az