Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Sabah bəzi universitetlərdə tədris ənənəvi, bəzilərində isə onlayn APARILACAQ - SİYAHI
Sabah bəzi universitetlərdə tədris ənənəvi, bəzilərində isə onlayn formada aparılacaq.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, sabahdan Azərbaycan Texniki Universiteti, Bakı Dövlət Universiteti, Türkiyə-Azərbaycan Universiteti, UNEC, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Avrasiya Universitetində və Azərbaycan Memarlıq və İnşaat Universitetində dərslər ənənəvi qaydada keçiriləcək.
Bakı Biznes Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Mühəndislik Universiteti, Xəzər Universiteti və Sumqayıt Dövlət Universitetlərinin mətbuat xidmətlərindən isə bildirilib ki, qarlı hava şəraiti ilə əlaqədar olaraq 25 fevralda da dərslər hibrid (həm ənənəvi, həm onlayn formatda) keçiriləcək.