2025-2026-cı tədris ilində beynəlxalq olimpiadalarda ümumilikdə 81 şagird iştirak edib.
Oxu.Az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, şagirdlər bilik yarışlarında 2 qızıl, 14 gümüş, 41 bürünc medal və 14 həvəsləndirici sertifikat qazanıblar.
Respublika Fənn Olimpiadalarında iştirak edən 73 163 nəfərdən 520-si qalib olub.
Respublika Fənn Müsabiqələrində iştirak edən 41 026 nəfərdən 305-i qalib olub.
Lütfi Zadə adına Məntiq-Riyaziyyat Olimpiadasında iştirak edən 518 nəfərdən 68-i qalib olub.
"BilBacar" müsabiqəsində 1 300-dən çox ümumi təhsil müəssisəsi üzrə təxminən 160 000 şagird iştirak edib. Final nəticələri əsasında isə III və IV siniflərin hər biri üzrə müvafiq olaraq 3 şagird birinci, 6 şagird ikinci, 9 şagird isə üçüncü yerin sahibi olub.
"Sabahın alimləri" layihə müsabiqəsi - final mərhələsində 152 layihə ilə 800-dək şagird iştirak edib. 16 qızıl, 35 gümüş, 56 bürünc medal olmaqla ümumilikdə 107 medal təqdim edilib (9 istiqamət üzrə - riyaziyyat, fizika və astronomiya, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya və ətraf mühitin idarə olunması, mühəndislik, kompüter elmləri, robototexnika və süni intellekt).