Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Şahin Bağırov post rəisini idarə rəhbəri təyin etdi
Dövlət Gömrük Komitəsinin (DGK) Balakən Gömrük İdarəsinə yeni rəis təyin olunub.
Oxu.Az "Qaynarinfo"ya istinadən xəbər verir ki, bununla bağlı DGK sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, gömrük polkovniki Kamran İsa oğlu Yusifov Balakən Gömrük İdarəsinin rəisi təyin edilib.
Kamran Yusifov bundan əvvəl Balakən rayonundakı Mazımqara gömrük postunun rəisi vəzifəsində çalışıb.
Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin Balakən Gömrük İdarəsinin rəisi Elçin Rüstəmov vəzifəsindən azad edilərək, Gömrük orqanlarının fəaliyyətinin əlaqələndirilməsi şöbəsinə rəis təyin olunub.
"Şahin Bağırov" teqi üzrə xəbərlər
- Şahin Bağırov generala yeni müavin TƏYİN ETDİ
- Nazirlərin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ
- Şahin Bağırova yeni müavin təyin edildi: Generala yüksək vəzifə
- Şahin Bağırov: "Kölgə iqtisadiyyatının qarşısının alınması istiqamətində ciddi addımlar atılıb"
- Şahin Bağırov bir qrup gömrük işçisinin rütbəsini artırdı