Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Sədr: "Bakıda mənzil qiymətləri bahalı dünya şəhərləri ilə müqayisə edilə biləcək səviyyəyə çatıb"
Bakıda mənzil qiymətləri dünyanın ən bahalı şəhərləri ilə müqayisə oluna biləcək səviyyəyə çatıb və bu hal şəhərin inkişafına, eləcə də təşkilatlanma proseslərinə birbaşa təsir göstərir.
Oxu.Az "Report"a istinadla xəbər verir ki, bunu Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov "Mənzil Fondunun İnkişafı" konfransında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, hazırda əmlak bazarında müşahidə olunan yüksək qiymətlər, xüsusilə orta və aşağı gəlirli əhali təbəqəsinin mənzil sahibi olmaq imkanlarını xeyli məhdudlaşdırır:
"Qiymətlərin bu şəkildə formalaşmasının iqtisadi əsasları olsa da, müasir dövrdə mənzil fondunun inkişafında yalnız qiymət faktoru ilə kifayətlənmək mümkün deyil. Artıq bir neçə yeni meyar da nəzərə alınmalıdır", - deyə o bildirib.
O.Məmmədov qeyd edib ki, bu meyarlardan biri enerji səmərəliliyi və ekoloji dayanıqlılıqdır:
"Yeni tikilən binalar ekoloji cəhətdən təmiz materiallardan istifadə olunmaqla inşa edilməli, ətraf mühitə minimum təsir göstərməlidir. Eyni zamanda, bu mənzillər şəhərin planlı inkişafına uyğun şəkildə, yaşıllıqlara zərər yetirmədən genişlənməlidir", - deyə KOBİA sədri vurğulayıb.
O əlavə edib ki, müasir şəhərsalmada "ağıllı" mənzillərin rolu da getdikcə artır:
"Smart texnologiyalarla təchiz olunmuş mənzillər təhlükəsizlik və idarəetmənin avtomatlaşdırılmasını təmin edir. Bu tip mənzillər enerji xərclərini azaldır, uzunmüddətli dövrdə sakinlər üçün daha rahat və qənaətcil yaşayış şəraiti yaradır".
"Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA)" teqi üzrə xəbərlər
- KOBİA-da 15 iyun - Milli Qurtuluş Günü ilə bağlı tədbir keçirilib
- "PAŞA Holding"in təşkilatçılığı ilə "Business Talks by PASHA Holding"in ilk tədbiri baş tutub
- 6-cı "Yerli şirkətlərin tanıtım sərgisi"nə dair brifinq keçirilib
- KOBİA rəsmisi: "170 manatlıq məhsulu 30 manata da almaq olar"
- Samir Hümbətov: "37 sərgidə 1600-dən çox KOB subyektinin iştirakına dəstək olmuşuq"