Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Şəhid atası: Oğlumun adının əbədiləşdirilməsini istəyirəm
Hər il aprel ayı gələndə yaralarımız daha da qanayır. Çox istərdim ki, oğlum Babəkə “Milli Qəhrəman” adı verilsin. Heç olmasa, onun adının əbədiləşdirilməsi üçün Bakıda bir məktəbə və ya bir küçəyə Babəkin adı verilsin.
Bu sözləri Oxu.Az-a 2016-cı ilin Aprel döyüşləri zamanı qəhrəmancasına şəhid olan 24 yaşlı şəhidimiz Babək Abidovun atası Vəfadar Abidov deyib.
O bildirib ki, oğluna “Milli Qəhrəman” adının verilməsi onun dərdini az da olsa, azaldacaq:
“Mənim oğlum bir güllə ilə şəhid olmayıb. O, ehtiyatsızlıqdan erməni gülləsinə tuş gəlməyib. Babək 1992-ci il may ayının 3-də Şabranın Zeyvə kəndində anadan olub. O, uşaqlıdan vətənpərvər ruhda böyüyüb.
Heç kimdən, heç nədən qormazdı. Hərbi xidmətdə də sağlığında hər kəs mənim oğlumdan danışırdı, indi də onun komandirləri, digər əsgərlər Babəkin şücaətlərindən danışır. Həmin il aprel ayının əvvəllərində ermənilər cəbhədə təxribat törədib. Babək isə Talış kəndi istiqamətində xidmət edirdi.
O xidmət vaxtı mövqelərimizə basqın etmək istəyən ermənilərin qarşısını alıb. Babəklə bir neçə döyüş yoldaşı düşmən postunu ələ keçirib. Lakin Babəkin döyüş yoldaşı yaralanır. Babək elə bir uşaq idi ki, özündən çox yanındakı insanı düşünərdi. Dostunun yaralandığını görüb və heç nəyi düşünmədən tez onu xilas etmək üçün atışmanın ortasına qaçıb.
Elə orda da 12 mərmi yarası alıb və dostu ilə birlikdə şəhid olub. Ölkə başçısı sağ olsun, oğlumu “Hərbi ximətdə fərqlənməyə görə III dərəcəli medal”la təltif edilib. Bizə və digər şəhid ailələrinə göstərdiyi qayğıya görə də minnətdaram. Amma şəhid ailəsi olaraq bir xahişim var - oğlum Babək Abidova “Milli Qəhrəman” adı verilsin.
Babəkin unudulmaması üçün, xatirəsinin əbədi olaraq yaşaması və bütün gənclərə vətənpərvər nümunə olması üçün mənim ata olaraq tək arzum, istəyim budur”.
Xatırladaq ki, 2016-cı ildə Şabrandakı küçələrdən birinə 2016-cı ilin aprel döyüşlərində şəhid olan kiçik gizir Babək Abidovun adı verilib. Bununla yanaşı, Babək Abidov göstərdiyi qəhrəmanlığa görə, ölümündən sonra prezident İlham Əliyevin sərəncamı ilə “Hərbi ximətdə fərqlənməyə görə III dərəcəli medal”la təltif edilib.
Könül Cəfərli
"Bakı" teqi üzrə xəbərlər
- Annalena Berbok: "Bakıda bütün qitələrdə iqlim koalisiyalarının yaradılması üzərində çalışırıq"
- "The Telegraph": "Bakı gözlədiyinizdən daha çoxunu təklif edir"
- Qarabağ qazisi Bakıda binaları COP29-a uyğun rəsmlərlə bəzədi
- Əfsanəvi Ronaldinyo Bakıya COP29-la bağlı səfərindən paylaşım edib
- Dünya futbolunun əfsanəsi Ronaldinyo Azərbaycana gəlib
Rəylər